26.04.2024

Təhsil işçilərindən ibarət idman klubu yaradılır

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin iştirakı ilə İdman klubu yaradılacaqdır.

 

İdman klubunun yaradılmasında məqsəd sağlam həyat tərzinə və idmana marağın artırılması, təhsil işçiləri arasında əməkdaşlığın və komanda quruculuğu bacarıqlarının inkişaf etdirilməsidir.

 

İdman klubuna üzv olmaq üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək tələb olunur.

https://forms.office.com/r/61R03aEk1e

 

Qeyd edək ki, idman klubuna üzv olan təhsil işçilərinin iştirakı ilə mütəmadi olaraq müxtəlif idman günləri, yarışları və tədbirlər keçiriləcəkdir.

 

Qeydiyyat üçün son tarix 10 may saat 18:00-dır.