16.05.2024

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "ECOVELOFEST" təşkil ediləcəkdir

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhərində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "ECOVELOFEST" təşkil ediləcəkdir.

 

"ECOVELOFEST"in təşkilində məqsəd yaşıl dünya naminə ölkəmizin bütün regionlarının qadın təhsil işçiləri arasında həmrəyliyi təmin etmək, sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqidir.

 

Velofestivalda iştirak etmək istəyən qadın təhsil işçiləri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://forms.office.com/r/AcM0ePAnH2

 

Qeydiyyat üçün son tarix 13 may saat 18:00-dır.