30.04.2024

Mərkəzləşdirilmiş mühasibatlığında vakant olan mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi mərkəzləşdirilmiş mühasibatlığında vakant olan mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

 

Müsabiqə 3 mərhələdən (sənəd qəbulu və yoxlanılması, test imtahanı və müsahibə) ibarətdir.

 

Vəzifənin tutulma tələbləri:

- Əmək stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta və ali ixtisas təhsilli;

- Tam orta təhsilli və müvafiq proqram əsasında xüsusi hazırlıq sertifikatı olan, eyni zamanda müvafiq iş üzrə 3 ildən az olmayaraq əmək stajı

- Mühasibatlıq sahəsində 3 ildən çox stajı olan şəxslər birbaşa müsahibə mərhələsində iştirak edə bilərlər.

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər 01 may 2024-cü il tarixdən 05 may 2024-cü il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://docs.google.com/.../1FAIpQLSc3.../viewform...

 

Müsahibə mərhələsində müvafiq sahə üzrə ali təhsilli və Peşəkar mühasib sertifikatına malik şəxslərə üstünlük veriləcəkdir.

Əməkhaqqı 400-500 manat.