27.08.2024

Psixoloq vəzifəsi üçün müsabiqə elan olunur

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki qəsəbə və kəndlərdə yerləşən ümumi təhsil müəssisələrində vakant olan psixoloq vəzifəsi üzrə müsabiqə elan olunur.

 

Psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər avqustun 29-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://docs.google.com/.../1FAIpQLScgqX0EqU6SkN.../viewform

 

Müvafiq qaydada elektron qeydiyyatdan keçmiş şəxslərin məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcəklər.

 

Qeyd edək ki, məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak edə bilərlər.


Açar sözlər: ,