22 avqust 2024-cü il tarixindən etibarən şagird sayı 150-dən 500-dək olan ümumtəhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.
Proses 30 avqust 2024-cü il tarixinədək davam edəcək.
Müraciət etmək istəyən şəxslər zəruri sənədləri iş günləri ərzində saat 10:00-dan 17:00-dək Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə təqdim etməlidirlər.
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti.
Şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə regional təhsil idarəsi tərəfindən həyata keçiriləcək.
Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 5 ildən az olmayaraq pedaqoji staj (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il);
- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.
Aşağıdakı keçiddən istifadə edərək Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz