09.10.2024

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.

 

Qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 09-12 oktyabr 2024-cü il tarixlərində aşağıdak link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

https://docs.google.com/forms/d/e/1FAIpQLSc6fyEerINR5573Cw7BdplO8W5x_ZUSxqSTGWrXf4lvrDmqMA/viewform

 

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək. 

 

Müsabiqədə ali hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri ixtisası üzrə ali təhsilli və ya tam orta təhsilli, həmçinin orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizir və çavuşlar iştirak edə bilərlər.

 

Qeyd edək ki,  müsabiqədə uğur qazanmış namizədlər arasından şəhər yerində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan GÇH rəhbəri vəzifəsinə təyinat zamanı yalnız ali hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri ixtisası üzrə ali təhsilli şəxslər,  eləcə də kənd və qəsəbə yerlərində yerləşən ümumi təhsil müəssisələrinə isə təyinat zamanı yuxarı qeyd olunan namizədlərlə yanaşı, tam orta təhsilli, həmçinin orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizir və çavuşlar təyin olunacaqdır.

 

Eyni zamanda müsahibə mərhələsində uğur qazanmış namizədlər sırasından vakant yeri seçiminə ilk olaraq şəhid ailəsinin üzvləri, müharibədə əlillik dərəcəsi almış şəxslər və müharibə veteranlarına (iştirakçı) üstünlük veriləcəkdir.

 

Onu da qeyd edək ki, elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

Müsabiqədə iştirak edəcək şəxslərə uğurlar arzulayırıq!