2024-2025- ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə metodistlərin işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsi başlayır. Elektron sənəd qəbulu mərhələsi 18 -29 noyabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 noyabr saat 11:00-dan 29 noyabr saat 11:00-dək aşağıdakı keçiddən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.
https://forms.gle/ST7DrQ4j3xQJUQHP7
Metodistlərin işə qəbulu üçün əsas tələblər namizədin məktəbəqədər təhsil üzrə ali təhsilli olması və 10 ildən az olmayaraq pedaqoji stajının olmasıdır. Müsabiqə yalnız müsahibə mərhələsindən ibarətdir və mərkəzləşdirilmiş qaydada keçiriləcək.
Vakansiya siyahısı
https://docs.google.com/spreadsheets/d/1Oo5PngGTN68x44t2AkNs105sLZQ4w7a02MYYJm7Xf_0/edit?usp=sharing
Müsahibə mərhələsi zamanı namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılacaqdır. Namizədlərin məktəbəqədər təhsil sahəsindəki biliklərinin qiymətləndirilməsi, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən hazırlanan “Məktəbəqədər təhsildə metodist vəzifəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədində qeyd olunan mövzu və istiqamətlərə əsaslanacaqdır. Çərçivə sənədi ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz
https://www.arti.edu.az/nod/upload/editor/files/Metodist.pdf
Əlavə olaraq, namizədlərin aşağıdakı səriştələr üzrə də qiymətləndirilməsi həyata keçiriləcəkdir:
• Effektiv kommunikasiya qurma bacarığı
• Münaqişələrin həlli
• İnnovativlik
• Metodik dəstək və rəhbərlik bacarığı