16.05.2025

Məktəbəqədər təhsil müəssisələrinə müdir qəbulu üzrə apellyasiya müraciətləri

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə məktəbəqədər təhsil məssisələrinə müdirlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna start verilir.

 

Apellyasiya müraciətlərinin qəbulu 19 may-23 may tarixlərini əhatə edəcəkdir.

 

Məktəbəqədər təhsil məssisələrinə müdirlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciəti etmək istəyən şəxslər göstərilən müddət ərzində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasına yaxınlaşaraq ərizə yaza bilərlər.

 

Müraciətlərin qəbulu bitdikdən sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən yaradılmış komissiya tərəfindən apellyasiya müraciətlərinə baxılacaqdır.  


Açar sözlər: ,  ,  ,