Fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1 və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR  EDİRƏM:

 

1.Uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2016-2017-ci dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilsin (1, 2 və 3 nömrəli əlavələr).

2.İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

3.Əmrin icrasına  nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.                                        

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

16 iyun 2016-cı il

№408


 

Əlavələr

 

1. 2016-2017-ci dərs ili üçün ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilin nümunəvi tədris planı (tədris Azərbaycan dilində)

2. 2016-2017-ci dərs ili üçün ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilin nümunəvi tədris planı (tədris rus dilində)

3. Tədris planına dair qeydlər