ƏMR
№
Gəncə şəhəri ___ ________ 2021-ci il
Ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində əyani
tədrisin qismən bərpa edilməsi barədə
Azərbaycan Respublikası Təhsil Nazirinin 07 may 2021-ci il tarixli F-212 nömrəli əmrinin icrası məqsədi ilə
əmr edirəm:
- Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində əyani təhsil 17 may 2021-ci il tarixdən aşağıdakı qaydada qismən bərpa edilsin.
- Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində (35 nömrəli ümumi orta məktəb və 45 nömrəli xüsusi məktəb istisna olmaqla) məktəbəhazırlıq qruplarında həftədə 2 (iki) dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflər) və ümumi orta təhsil səviyyəsində (V-IX siniflər) həftədə 3 (üç) dəfə olmaqla;
- Gəncə şəhər 35 nömrəli ümumi orta məktəbdə ibtidai təhsil səviyyəsində (I-IV siniflər) və ümumi orta təhsil səviyyəsində (V-IX siniflər) həftədə 5 (beş) dəfə olmaqla;
- Gəncə şəhər 45 nömrəli xüsusi məktəbin ibtidai təhsil səviyyəsində (I-IV siniflər) və ümumi orta təhsil səviyyəsində (V-IX siniflər) həftədə 5 (beş) dəfə olmaqla;
- Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin aşağı və orta yaş qruplarında dərnək məşğələləri həftədə 2 (iki) dəfə olmaqla bərpa edilsin.
- Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri tədrisin xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarına uyğun həyata keçirilməsini təşkil etsinlər.
- Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində tədrisin xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarına uyğun aparılmasına nəzarət məktəblər üzrə məsləhətçilərə tapşırılsın.
- Əmrin icrasına nəzarət ŞTİ-nin müdir müavini vəzifəsini icra edən İqbal Kərimova tapşırılsın.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirinin 07 may 2021-ci il tarixli F-212 nömrəli əmri.
Müdir: Anar Qədiməliyev