Ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani formada tədrisin dayandırılması barədə əmr

 

 

ƏMR

Gəncə şəhəri                                                                              ___  ________  2021-ci il

 

 

 

 

Ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani

formada tədrisin dayandırılması barədə

 

 

 

Azərbaycan Respublikası Təhsil Nazirinin 01 aprel 2021-ci il tarixli F-132 nömrəli əmrinin icrası məqsədi ilə

 

əmr edirəm:

 

  1. Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərlərinə 5 aprel 2021-ci il tarixdən rəhbərlik etdikləri təhsil müəssisələrində tədrisin əyani formada təşkilinin dayandırılması və tədrisin distant (məsafədən) formada davam etdirilməsi işinin təşkili tapşırılsın;
  2. Məktəb məsləhətçilərinə məsul olduqları müəssisələr üzrə tədrisin distant qaydada təşkili vəziyyətinin təhlil edilməsi və hər ayın 10-dək mövcud vəziyyət barədə rəhbərliyə yazılı hesabat təqdim edilməsi tapşırılsın;
  3. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirinin 01.04.2021-ci il tarixli F-132 nömrəli əmri.

 

 

 

Müdir:                                       Anar Qədiməliyev